Kişi keçmiş həyat yoldaşını qısqanclıq zəminində QƏTLƏ YETİRDİbackend

Kişi keçmiş həyat yoldaşını qısqanclıq zəminində QƏTLƏ YETİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nijni Novqorod vilayətində kişi keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Nijni Novqorod vilayətində 33 yaşlı Lyudmila uşaq bağçasından qayıdarkən keçmiş həyat yoldaşı Vasili tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Qadın iki qızını uşaq bağçasına apardıqdan sonra evə qayıdırmış.

Məlumata görə, kişi qadına 15-dən çox bıçaq zərbəsi endirib. Lyudmila hadisə yerində ölüb.

Şübhəli şəxs saxlanılıb. Dindirmə zamanı keçmiş həyat yoldaşını qısqandığını və onun başqa şəxslə münasibət qurmasını qəbul edə bilmədiyini bildirib.

Məlumata görə, kişi keçmiş həyat yoldaşını qardaşı ilə münasibətdə olduğunu etiraf etdikdən sonra bıçaqlayaraq öldürüb.

Xuraman Etibarlı

İnterpress.az