Rusiyada qız tələbələrdən müsəlman tələbələri təhqir etməmək üçün açıq-saçıq geyinməmələri tələb olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Moskva universitetlərindən birində qız tələbələrdən müsəlman tələbələri incitməmək üçün daha təvazökar geyinmələri tələb olunub.
Bunu RUDN-nin Rus dili kafedrasının direktor müavini və müdiri Marina Bragina xahiş edib. Tələbələrlə görüş zamanı o, onlardan “mini ətək, şort və yarıqlı paltar” geyinməməyi xahiş edib.
O izah edib ki, universitetdə müsəlman tələbələr var və qızların xarici görünüşü onları incidə və qıcıq yarada bilər.
RUDN əcnəbi tələbələrin sayına görə Rusiyanın ən böyük universitetidir.
Braginanın dərs dediyi Hazırlıq Fakültəsi əcnəbilərə rus dilinin öyrədilməsi və onların ölkədə həyata adaptasiyasına cavabdeh olan şöbədir.
Xuraman Etibarlı
İnterpress.az