Kursk şəhərinin meri vəzifəsini tərk edir.
İnterpress.az xəbər verir ki, bu barədə operativ müşavirədə Kursk vilayətinin rəhbəri Aleksandr Xinşteyn elan edib.
O bildirib ki, Kursk şəhərinin rəhbəri İqor Kutsak ailə vəziyyətinə görə öz xahişi ilə mer vəzifəsini tərk edir.
“Kursk şəhərinin meri İqor Kutsak öz istəyi ilə vəzifəsini tərk etmək qərarına gəlib”, – Xinşteyn bəyan edib.
İqor Kutsak bələdiyyə sədri postundan getmək qərarının asan olmadığına aydınlıq gətirib.
“Bununla belə, mən ailə vəziyyəti ilə əlaqədar istefa vermək qərarına gəldim. “Mənim birbaşa iştirakımı tələb edən çoxlu ailə məsələləri yığılıb”, – şəhər meri deyib.
Lakin medianın fikrinə görə, merin istefası Ukraynanın hücumları ilə bağlıdır.
Bu həftə Kursk Şəhər Məclisinin iclası keçiriləcək və burada merinin istefa ərizəsinə baxılacaq. Eyni zamanda, şəhər rəhbərinin səlahiyyətlərini icra edən şəxs də təyin olunacaq.
Xuraman Etibarlı
İnterpress.az