Müəllim telefonunu şagirdin başında SINDIRDIbackend

Müəllim telefonunu şagirdin başında SINDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda məktəb müəllimi 6-cı sinif şagirdinin başına telefon çırpıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. Bildirilir ki, Sankt-Peterburqda riyaziyyat müəllimi telefonunu 6-cı sinif şagirdinin başında sındırıb.

Sankt-Peterburqun Puşkin şəhərində yerli məktəblərdən birinin riyaziyyat müəllimi 6-cı sinif şagirdinin başının üzərindəki telefonu sındırıb.

Məlumata görə, uşaq xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyin travması və parietal nahiyənin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Oğlana tibbi yardım göstərildikdən sonra evə gedib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Müəllimin hərəkətinin səbəbi açıqlanmır. Polis hadisənin başvermə şəraitini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az