İranda 5 maqnitudalı zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Azad Iran” məlumat yayıb.
Məlumata görə, zəlzələ Simnan əyalətinin Zamanabad şəhərində baş verib.
Yeraltı təkanların ocağı 9 kilometr dərinlikdə yerləşib. Dağıntı və yaralılar barədə məlumat yoxdur.