ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisi ticarət mərkəzlərində mümkün partlayıcı qurğularla bağlı xəbərdarlığını geri götürüb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi bəyanat yayıb.
“Regional Təhlükəsizlik Müdirliyi diplomatik missiya əməkdaşlarının və vətəndaşların əvvəllər müəyyən edilmiş yerlərdən qaçması ilə bağlı tövsiyəsini ləğv edib.
Gürcüstanın hüquq-mühafizə orqanları dünən axşam səfirliyə bildiriblər ki, üç ticarət mərkəzindən heç birində partlayıcı qurğu aşkar edilməyib.
Regional Təhlükəsizlik Müdirliyi səfirlik işçilərinə bölgələrdən qaçmaq üçün tövsiyələr verir”, – ABŞ-nin Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az