Hindistan və Pakistan arasında münaqişə yeni güclə alovlanır.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yazıb.
Telekanalın məlumatına görə, səhər sükutundan sonra təmas xətti boyunca atışma və güclü partlayışlar barədə məlumat daxil olub.
Cammu və Kəşmirdə kütləvi elektrik kəsilməsi baş verir.
“Əl-Cəzirə”nin qeyd etdiyi kimi, Hindistan və Pakistanın bir çox şəhərlərində təhlükəsizlik tədbirləri tətbiq edilir.
Hindistanın paytaxtı Yeni Dehli yüksək hazırlıq vəziyyətinə gətirilib.
Xuraman Etibarlı
İnterpress.az