Tərkib:
1 kq Berj balığı
100q r qoz ləpəsi
1 ədəd baş soğan
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
1 ədəd pomidor
1 diş sarımsaq
20 qr zoğal turşusu (əzmə)
½ dəstə cəfəri
150 qr balıq kürüsü
1 ədəd yumurta
1 dəstə şüyüd
Bitki yağı
Duz, istiot
Bəzək üçün:
Limon
Nar dənələri
Hazırlanması:
Balıq təmizlənib yuyulur, belinin orta hissəsindən bir qədər kəsilir. Balığa duz, istiot səpilir, quyruğun alt hissəsinə çöpşiş sancılıb 10 dəqiqə saxlanır. Qoz, bibər, sarımsaq, qabığı soyulmuş pomidor və soğan ətçəkən maşından keçirilir. Ərzaqların üzərinə zoğal turşusu, xırda doğranmış cəfəri, duz, istiot əlavə edilib qarışdırılır.
Qarışıq balığın kəsilmiş hissəsinə doldurulur. Balıq yağlanmış formaya qoyulub 200 dərəcəyədək qızdırılmış sobada 40 dəqiqə bişirilir. Kürüyə xırda doğranmış şüyüd, yumurta əlavə edilir, duz,istiot səpilib qarışdırılır.
Yumurtalı kürünün hər iki üzü bitki yağında qızardılıb romb şəklində doğranır. Balıq nar dənələri və limon dilimləri ilə dekor edilib kürü ilə birlikdə servis edilir.
İnterpress.az