“Müdriklərin qidası” –  kinkandan ürək-damar sistemi üçün cövhərbackend

“Müdriklərin qidası” – kinkandan ürək-damar sistemi üçün cövhər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kinkan meyvəsinin faydalı xüsusiyyətlərindən biri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərməsidir. Stressə qarşı mübarizədə bu meyvə effektli vasitələrdən biridir. O sinirləri sakitləşdirməklə yanaşı yorğunluğu aradan qaldırır, fiziki və zehni fəaliyyət zamanı məhsuldarlığı artırır.

Kinkan meyvəsindən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar.
Kiçik meyvənin böyük faydalarından biri də odur ki, o orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.

Kinkan təbii və güclü antioksidant olmaqla sərbəst radikallara qarşı mübarizə aparır.
Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır.

Kalsiumla zəngin olduğndan sümüklər üçün olduqca faydalıdır.

Maddələr mübadiləsini normallaşdırır, həzm sisteminin işini acanlaşdıraraq yaxşılaşdırır.
Az kalorili olduğundan kinkanı pəhriz qidası kimi istifadə etmək olar. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər üçün bu meyvə xeyirlidir.

Kinkandan hazırlanmış cövhər ürək-damar sistemi üçün faydalıdır.

Bu cövhəri hazırlamaq üçün:
500 qram kinkan meyvəsini qabığını soymadan əzmək və 300 qram balla qarışdırmaq lazımdır. Gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul edilməlidir.

Kinkan meyvəsinin tərkibində infeksiyalara qarşı mübarizə aparmağa kömək edən maddələr var ki, soyuqdəymə, öskürək, tənəffüs yollarının xəstəlikləri zamanı o sağalmanı tezləşdirir.
Mütəxəssislər kinkan meyvəsini qabıqlı istifadə etməyi məsləhət görürlər.

Allergiyaya meylli olanlar bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.

Kinkandan çox faydalı dəmləmə hazırlamaq olar.

Dəmləmə üçün:

7 ədəd kinkan xırda doğranır, termosda 1/2 l qaynar suda dəmlənir.
2 saatdan sonra dəmləmə süzülür və gün ərzində ilıq halda içilir.
Qəbul etdikdən əvvəl 1 fincan dəmləməyə 1 çay qaşığı bal və bıçağın ucunda üyüdülmüş zəncəfil əlavə edilir.
Belə dəmləməni hər gün içmək olar.

İnterpress.az