Tərəvəzlər dünyasından xəbərlər – dənizçilər ispanaq yeyir.backend

Tərəvəzlər dünyasından xəbərlər – dənizçilər ispanaq yeyir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

100 qr ispanaqda – 17 kilokalori
Tərkibində sellüloza, kalium, kalsium, fosfor, maqnezium, natrium, dəmir, sink, manqan, ftor, C, B1, B2, B6, PP, E, K kimi vitaminlər, foliy turşusu və provitamin A vardır.

Güvvətlı ol

İspanaq dəmirin zəngin mənbəyidir. Dəmir bədənimizin bütün hüceyrələrinə oksiqen daşıyan hemoqlobinin tərkib hissəsidir, o, enerji istehsalı və maddələr mübadiləsinin işı üçün zəruridir. Qadın, uşaq və böyüyən yeniyetmələrə xüsusilə tövsiyyə olunur.

Güclü ol

İspanağın tərkibində sümüklərimizin güclü olmasında böyük rolu olan rekord miqdarda vitamin K vardır.

Məşhur ispanaq

Mə’lumdur ki, ispanaq tərkibində dəmir cox olduğuna görə məşhurdur. İspanağın tərkibində olan dəmirin miqdarına aid birinci hesablamalar 19-cu əsrdə doktor E. Volf tərəfindən aparılıb. Doktor Volf vergül işarəsini qoymaqda…. səhv buraxıb. Əslində ispanağın tərkibində doktor Volfun verdiyi mə’lumatda göstərilən miqdardan 10 dəfə çox dəmir vardır. Bu səhv yalnız 1937 ildə aşkar olundu.
Təzə ispanaq yarpaqlarından çox yüngül və qidalı salatlar hazırlanır, kükü bişirilir. Pendirlə uyumu mükəmməldir.

Bundan əlavə ispanağın qadın gözəlliyinin qoruyub saxlamaqda böyük rolu var. O dərini təravətləndirir, qırışları aparır .

İspanaqdan hazirlanan üz maskası

1 fincan süd ilə 9-10 ədəd ispanaq yarpağını zəif odda qaynadın, suyunu süzün.
Soyuyan yarpaqları əvvəldən təmizlənmiş dəriyə yayın, 30 dəq. saxlayın və ispanaqları pişirdiyiniz süd ilə üzünüzü yuyun.

Qurumuş dərilərdə nəmləndirmə və məsamələri dolduran bu maska ilə üzünüzdəki dəyişikliyi fərq edəcəksiniz.

İnterpress.az