Müsəlmanları təhqir edən erməninin son görüntüləri yayılıb.
İnterpress.az xəbər verir ki, Ramzan Kadırovun adamları tərəfindən “oğurlanan” erməni Areq Şepixin açıqlama verib. O bildirib ki, “kadırovçular” onu çox incitməyib, sadəcə dindiriblər.
“Məni şəhərdən çıxardılar. Mənə çox işgəncə vermədilər, daha çox dindirdilər.
Onlar bilmək istəyirdilər ki, mənim Ukrayna ilə əlaqəm olubmu, müxalifətlə hansısa şəkildə əlaqəm varmı. Uzun müddət, təxminən bir il sosial şəbəkədə məni terror edirdilər.
Və bütün vaxt ərzində buna dözürdüm. İnsanlar mənə deməyə başladılar ki, “sən sakitsən”.
Özümü pis hiss etdim. Çeçenləri söydüm, müsəlmanlara da dedim, onlar da belə reaksiya verdilər”, – Şepixin deyib.
Xuraman Etibarlı
İnterpress.az