Almalı tartbackend

Almalı tart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkərli xəmir üçün:

375 qr un
250 qr kərə yağı
1 ədəd yumurta
125 qr şəkər tozu
5 qr vanil

Bişmiş krem üçün:

300 ml süd
3 ədəd yumurta sarısı
75 qr şəkər tozu
30 qr qarğıdalı nişastası

Karamelli alma üçün:

300 qr alma
200 qr şəkər tozu
150 qr kərə yağı

Şəkərli xəmirin hazırlanması:

Yumurta və şəkər tozu mətbəx süpürgəsi ilə çırpılır.
Un ələnir. Üzərinə sürtgəcdən yağ keçirilir, yumurta şəkər qarışığı, vanil əlavə olunur. Xəmir yoğrulub 20 dəqiqəlik soyuducuya yerləşdirilir.
Bişmiş kremin hazırlanması:
Yumurta sarısı və 40 qr şəkər tozu mətbəx süpürgəsi ilə çırpılır. Üzərinə nişasta əlavə edilib qarışdırılır. 35 qr süd və şəkər tozu zəif odun üzərinə qaynadılır. Üzərinə südlü qarışıq əlavə olunub bişirilir. Krem soyudulur.

Karamelli almanın hazırlanması:

Almanın qabığı soyulur, dilimlənir. Şəkər tozu odun üzərində qızılı rənq alanadək əridilir. Üzərinə kərə yağı əlavə edilir. Yağ əriyənədək qarışdırılıb, alma dilimləri əlavə edilir. 7 dəqiqə zəif odun üzərində bişirilir.
Şəkərli xəmir formaya yayılır, 170 dərəcəyədək qızdırılmış sobada 12 dəqiqə bişirilir. Soyudulub üzərinə 1 sm qalınlığında krem yayılır.
Karamelləşdirilmiş alma dilimləri düzülüb, jele yayılır. Almalı tart 1 saatlıq soyuducya yerləşdirilir.


İnterpress.az