Tərkib:
2 kq kivi
6 ədəd limon
5 st. şəkər tozu
Hazırlanması:
Kivinin qabığı soyulub, kubvarı doğranır.
Üzərinə şəkər tozu əlavə edilib qarışdırılır.
5 ədəd limon qabığı sürtgəcdən keçirilib qarışığa əlavə olunur.
Zəif odda (qazanı arada yelləyib qarışdırıraraq) 50 dəqiqə bişirilir.
Mürəbbə hazır olana yaxın üzərinə 1 ədəd limonun suyu sıxılır.
Hazır mürəbbə bankalara doldurulub ağzı bağlanır.
İnterpress.az