Əkdiyimizi biçdiyimiz bir dünyada yaşayırıq, nə əkdiyimizi anlasaq, həyatımız daha asan və gözəl olar.
Dinləməyi öyrənin:
Amma həqiqətən dinləyin. Sözü kəsmədən, xəyal qurmadan, verəcəyiniz cavabı düşünmədən dinləyin.
Sevginizi göstərməkdən çəkinməyin:
Qucaqlamaq, öpmək, əl-ələ tutmaqda comərd olun. Bu kiçik hərəkətlər ailəniz və dostlarınıza olan sevginizi göstərməyinizə kömək edəcək.
Gülməyi sevin:
Lətifə danışın, əyləncəli hekayələr paylaşın. Bu: “səninlə birlikdə gülməyi sevirəm”- deməkdir.
Qeydlər yazın:
Qısa, əllə yazılmış qeydlər bəzən ömür boyu xatırlanır.
Yalnızlıqdan qorxmayın:
Bəzn tək istədiyimiz yalnız qalmaqdır. Bu anlar həssas olun.
Nəşəli olun:
Kədərli, kefsiz gəzən insanları heç kim sevmir. birinə təbəssümlə xoş söz deməkdən yaxşı heç nə yoxdur. Salam vermək və ya təşəkkür etmək bu qədər çətindir?
Qəbul edin:
Rədd etmə, özümüzü özümüzdən uzaqlaşdırır.
Əgər xəstə olmaq istəmirsinizsə, həyatda kədərli, kefsiz yaşamayın!
Unutmayın… həyat ona göstərdiyin hər şeyi özündə əks etdirir və yamsılayır. Gülümsəyin ki, bütün dünya da sizə gülümsəsin. Qışqırın, bütün dünya da sizə qışqıracaq. Əsas səbəb sizsisniz… Bütün zamanı, olanları, siz yaradırsınız.
İnterpress.az