Tez-tez mədə ağrıları səni narahat edir? Bir çimdik üyüdülümüş qəhvə ye.
Naftalin qoxusundan xoşlamırsan? Paltar üçün dolablara bir qədər limon qabığı və qərənfil dənələri qoy, o zaman güvə gəlməyəcək paltarlar isə xoş ətirli olacaq.
Qatıqdan daha çox yararlanmaq istəyirsənsə suyunu tullama, bütün faydalı mineral və vitaminlər məhz qatığın suyundadır.
Alma – formanı qorumaq üçün ideal iştahkəsicidir, ayrıca səhər ac qarnına yedikdə bağırsaqları gözəlcə çalışdırır.
İçlikli börəyin yaxşı bişməsini istəyirsənsə, sobaya qoymamışdan
öncə, buzdolabına yerləşdir. Beləcə çox daha ləzzətli olacaq.
Kivilər çox sərtdir? O zaman onu alma və armudla birlikdə bir torbada saxla. Bu arada 1 ədəd kividə 1 portağalda olan C vitami var.
Xəmir yayırsan? Oxlov yerinə çox soyuq su doldurulmuş su şüşəsi ilə yay, beləcə xəmir çox rahat açılacaq.
Kəsilmiş soğanı heç vaxt səhərə saxlama.
İnterpress.az