Zelenski Starmerə Rusiya ilə danışıqlar barədə MƏLUMAT VERDİbackend

Zelenski Starmerə Rusiya ilə danışıqlar barədə MƏLUMAT VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Starmerə Rusiya ilə dünənki danışıqlar barədə məlumat verib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin Telegram kanalında  məlumat verilib.

Ukrayna prezidenti Zelenski Böyük Britaniyanın baş naziri Starmerə Rusiya Federasiyası ilə dünənki danışıqlar barədə məlumat verib.

Telefon danışığı zamanı tərəflər təhlükəsizliyin möhkəmləndirilməsi üçün Avropa və ABŞ-dəki tərəfdaşlarla diplomatik işi də müzakirə ediblər.

Bundan əlavə, Zelenski antikorrupsiya infrastrukturunun gücləndirilməsi ilə bağlı yeni qanun layihəsi üzərində iş barədə məlumat verib.

Starmer, öz növbəsində, “uzunmüddətli əməkdaşlıq üçün bu kontekstdə faydalı ola biləcək” ekspertləri cəlb etməyi təklif edib.

Xuraman Etibarlı

İnterpress.az