Süni intellektlə söhbətlər məhkəmədə sübut kimi İSTİFADƏ OLUNACAQbackend

Süni intellektlə söhbətlər məhkəmədə sübut kimi İSTİFADƏ OLUNACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellektlə şəxsi söhbətlər məhkəmədə sübut kimi istifadə edilə bilər.

İnterpress.az xəbər verir ki, b u barədə OpenAI-nin baş direktoru Sam Altman bildirib.

O deyib ki, terapevtlər və ya hüquqşünaslarla məxfi söhbətlərdən fərqli olaraq süni intellektlə şəxsi söhbətlər məhkəmədə sübut kimi istifadə edilə bilər.

Altmanın sözlərinə görə, OpenAI hazırda bütün yazışmaları standart olaraq saxlayır. Hətta müvəqqəti çatlar da 30 gün ərzində şirkətin serverlərində qalır.

Məhkəmə bu məlumatları tələb edərsə, şirkət onu açıqlamaq məcburiyyətində qalacaq.

Nəzəri olaraq, bu, istifadəçi boşanma, qəyyumluq, əmək mübahisəsi və s. ilə məşğul olarsa baş verə bilər.

Qarşı tərəfin vəkilləri ChatGPT və hər hansı digər AI ilə dialoq tələb edə bilər.

Xuraman Etibarlı

İnterpress.az