Ukraynada Belarus DTK agenti SAXLANILDI – FOTObackend

Ukraynada Belarus DTK agenti SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Qüvvələri Belarus DTK agentini saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, SBU Şimali Volındakı istehkamlar və maddi-texniki təchizatla bağlı məlumatları ötürən Belarus DTK agentini saxlayıb.

24 yaşlı Volın sakini pul müqabilində nəzarət-buraxılış məntəqələri, istehkamlar və hərbi qatarlar haqqında DTK-ya məlumat verdiyinə görə saxlanılıb.

SBU-nun məlumatına görə, o, Google xəritələrində mövqeləri qeyd edib və anonim söhbət vasitəsilə kuratoru ilə əlaqə saxlayıb.

O, həbs edilib və əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az