Xəmir üçün:
50 qr kərə yağı
3 x.q. bitki yağı
3 x.q. qatıq
½ ç.q. qabartma tozu
2 st. un
½ ç.q. duz
İçlik üçün:
3 x.q. bitki yağı
300 qr ispanaq
1 ədəd baş soğan
½ şüyüd
1 ədəd yumurta
2 x.q. qaymaq
200 qr pendir
Duz, istiot
İçliyin hazırlanması:
Soğan xırda doğranıb bitki yağında qızardılır.
Üzərinə xırdalanmış ispanaq əlavə edilib qovrulur. Duz, istiot səpilib kasaya tökülür.
Xəmirin hazırlanması:
Yumşaldılmış kərə yağı, bitki yağı və qatıq bir kasaya əlavə edilib qarışdırılır. Üzərinə qabartma tozu, un və duz əlavə olunub yumşaq xəmir yoğrulur.
Xəmir oxlovla yayılıb yağlanmış formaya salınır.
İspanaqlı qarışığa xırda doğranmış şüyüd, rəndələnmiş pendir, yumurta və qaymaq əlavə edilib qarışdırılır.
Qarışıq xəmirin üzərinə yayılıb 180 dərəcəlik sobada bişirilir.
İnterpress.az