Almaniyada 500 kiloqramlıq bomba ZƏRƏRSİZLƏŞDİRİLDİbackend

Almaniyada 500 kiloqramlıq bomba ZƏRƏRSİZLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Frankfurtda İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq bomba zərərsizləşdirilib.

Interpress.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərində aparılan tikinti işləri zamanı İkinci Dünya Müharibəsi dövrünə aid 500 kiloqramlıq aviasiya bombası aşkarlanıb.

Hadisə yerində təhlükəsizlik məqsədilə 300 metrlik ərazi mühasirəyə alınıb və həmin zonada yaşayan təxminən 2500 nəfər sakin təxliyə edilib.

Mütəxəssislər bombanın zərərsizləşdirilməsi əməliyyatına axşam saatlarında başlayıblar.

Bildirilir ki, partlayıcı əl ilə çıxarılıb. Təxminən bir saat davam edən əməliyyatdan sonra yerli hakimiyyət orqanları bombanın tam zərərsizləşdirildiyini və ərazidə artıq təhlükə olmadığını açıqlayıb.

Xuraman Etibarlı

Interpress.az