Tərkib:
4-5 ədəd bolqar bibəri
200 qr. toyuq əti
1 ədəd pomidor
100 qr holland pendiri
1dəstə cəfəri
Duz, istiot
Hazırlanması:
Bibərlər iki yerə bölünüb tumları çıxarılır. Toyuq filesi və baş soğan xırda doğranıb yağda qovrulur. Üzərinə rəndələnmiş pomidor, xırda doğranmış cəfəri əlavə edilir, duz və istiot səpilib qarışdırılır. İçlik bibərin içərisinə doldurulu, üzərinə rəndələnmiş pendir səpilib formaya düzülür.
İçlikli bibərlər 180 dərəcəli sobada 20-25 dəq. bişirilir.
İnterpress.az