Tərkib:
300 qr toyuq əti
2 x.q. un
1 kasa qatıq
1 ədəd yumurta sarısı
1 ədəd limon
Duz, istiot
Üzəri üçün:
1 x.q. kərə yağı
1 ç.q. pul bibər
2 x.q. sirkə
3 diş sarımsaq.
Hazırlanması:
Toyuq əti doğranır, üzərinə su tökülüb bişirilir.
Bulyondan ət çıxarılır, xırda doğranıb təkrar bulyona salınır.
Qatıq, un, yumurta sarısı və limon suyu çırpılır.
Üzərinə qaşıq-qaşıq bulyon tökülüb götürülüb çırpılır.
Qarışıq bulyona əlavə edilir, duz. istiot səpilib qarışdırılır.
Kərə yağı əridilir, üzərinə pul bibər əlavə edilib qarışdırılır.
Bir kasada sirkə və xırdalanmış sarımsaq qarışdırılır.
Hazır şorba kasaya tökülür, üzərinə pul bibərli qarışıq gəzdirilib, sirkəli qarışıqla servis edilir.
İnterpress.az
.