Bayram plovubackend

Bayram plovu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
1 bütöv quzu qabırğası
200 ml toyuq bulyonu
200 qr düyü
30 qr şabalıd
½ ədəd portağal
½ ədəd baş soğan
20 qr badam ləpəsi
10 qr yaşıl fıstıq
Zeytun yağı
Qarışıq ədviyyatlar
Duz

Hazırlanması:
Zeytun yağına duz, istiot, ədviyyatlar əlavə edilib qarışdırılır.
Qarışıq quzu qabırğasının üzərinə tökülüb qızardılır.
Qızarmış quzu qabırğası yağlanmış formaya yerləşdirilib 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.
Soğan xırda doğranıb yağda bir qədər qızardılır, üstünə düyü tökülüb
qovrulur.
Qarışığa bişirilmiş şabalıd, fıstıq, badam qatılıb qarışdırılır.
Üzərinə portağal sıxılır, toyuq bulyonu, qarışıq ədviyyatlar və duz əlavə olunub suyu çəkilənə qədər bişirilir.

İnterpress.az