Tərkib:
50 qr tuna balığı (konservləşdirilmiş)
¼ dəstə kahı
100 qr avakado
3 ədəd pomidor
1 ədəd təzə xiyar
2 x.q. mayonez
1 ədəd yumurta
2 yarpaq şüyüd
Duz, istiot
Hazırlanması:
Avakado təmizlənib, iki hissəyə bölünür.
Tumları çıxarılıb kvadrat şəklində doğranır.
Kahı xırda, xiyar və 1 ədəd pomidor dördkünc doğranır.
Doğranmış ərzaqlara duz, istiot səpilir, mayonez əlavə olunub qarışdırılır.
Qarışıq xüsüsi salat formasına yığılır, üzərinə əllə didilmiş balıq, şüyüd yarpağı qoyulub 15 dəqiqə soyuducuda saxlanır.
Yumurta suda qaynadılır, qabığı soyulub dilimlənir.
Hazır salat formadan çıxarılır, kənarına yumurta dilimləri və 2 ədəd bütöv pomidor qoyulub servis edilir.
İnterpress.az