Tefal məşhur dizayner və aktyoru məhkəməyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə “RIA Novosti”nin əldə etdiyi məhkəmə materiallarında bildirilir.
Fransanın Tefal şirkəti dizayner Artyomiy Lebedev və aktyor Vyaçeslav Manuçarovdan hər birinə qarşı 2 milyon rubl (təxm. 42 700 man.) məbləğində iddia qaldırıb.
Manuçarova qarşı iddia bu ilin aprelində daxil olub. Şirkət Tefal-ın iki əmtəə nişanının icazəsiz istifadəsinə görə 1 milyon rubl, eləcə də işgüzar nüfuza zərər vurulmasına görə daha 1 milyon rubl kompensasiya tələb edir.
Lebedev barəsində də “Tefal” eyni ayda iddia qaldırıb. Hər iki iş üzrə üçüncü tərəf kimi Sankt-Peterburq mənşəli “Neva metall posuda” ASC prosesə cəlb edilib.
Hazırda işlər mahiyyəti üzrə baxılma mərhələsindədir, mübahisələrin detalları hələ açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az
.