Təl-Əvivdə jurnalistlər Qəzzada mətbuata qarşı hücumlara etiraz ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
İsrailli və xarici jurnalistlər Təl-Əvivdə toplaşaraq Qəzza zolağında jurnalistlərə qarşı hücum və qətllərə etiraz ediblər.
Etirazçılar İsrail hökumətini mətbuat nümayəndələrinə təzyiq göstərməkdə ittiham edərək hücumların dayandırılmasını və söz azadlığının qorunmasını tələb ediblər.
YUNESKO-nun məlumatına görə, artıq 22 aydır davam edən İsrail-Qəzza müharibəsi başlayandan bəri ən azı 242 jurnalist həlak olub.
Xuraman Etibarlı
İnterpress.az