Hindistan nümayəndə heyəti Rusiyaya səfərdə rupi ilə ticarəti müzakirə edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hindistanlı rəsmiyə istinadən məlumat yayıb.
Hindistan nümayəndə heyəti planlaşdırılan Rusiya səfəri çərçivəsində, xüsusilə, rupi ilə ticarət məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl XİN rəhbəri Sergey Lavrovun 21 avqustda Rusiyaya səfər edəcək Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə danışıqlar aparacağını bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az