“Reuters”: Trampa yox demək olmaz, Rusiya isə sanksiya təzyiqi səbəbindən şərtləri diktə edə bilmirbackend

“Reuters”: Trampa yox demək olmaz, Rusiya isə sanksiya təzyiqi səbəbindən şərtləri diktə edə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bəzi şərtlər razılaşdırılacaq, çünki Trampa imtina etmək olmaz və Rusiya isə sanksiyaların təzyiqinə görə bunları diktə etmək iqtidarında deyil.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu gün müəyyən şərtlərin razılaşdırılması ehtimalı yüksəkdir.

Mənbənin sözlərinə görə, Donald Trampa imtina cavabı vermək mümkün deyil, Rusiya isə mövcud sanksiya təzyiqi səbəbindən öz şərtlərini irəli sürmək gücündə deyil.

Analitiklərin fikrincə, Putin Trampa istədiyini verməklə bağlı təəssürat yaratmağa çalışa bilər, eyni zamanda, Ukraynada müharibəni istəsə davam etdirməkdə azaddır.

Xuraman Etibarlı

İnterpress.az