Tramp Alyaskada Putini ən yüksək səviyyədə qarşılayacaq — NBC Newsbackend

Tramp Alyaskada Putini ən yüksək səviyyədə qarşılayacaq — NBC News

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Alyaskada Putini ən yüksək səviyyədə qarşılayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə NBC News ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Alyaskada şəxsən qarşılayacaq.

Prezident Trampın göstərişi ilə Ankoricdəki Elmendorf-Richardson birgə hərbi bazasında qırmızı xalça səriləcək.

Mənbələr bildiriblər ki, Tramp Putini şəxsən salamlayacaq və onu ən yüksək ehtiramla qəbul edəcək.

Dövlət başçılarının görüşünün dəqiq detalları isə artıq yekunlaşma mərhələsindədir.

Xuraman Etibarlı

İnterpress.az