Hizbullah baş katibi ABŞ səfirliyi ilə bağlı xəbərdarlıq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Hizbullahın baş katibi Naim Qasım bildirib ki, Livanda gələcək küçə etirazları ABŞ səfirliyinə qədər çata bilər.
Onun sözlərinə görə, silahların təhvili əleyhinə aksiyalar dialoq ümidilə müvəqqəti olaraq təxirə salınıb.
Qasım vurğulayıb ki, ölkədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Livan hökumətinin üzərində olacaq.
Xuraman Etibarlı
İnterpress.az