Havalar isindi – Piknik zamanıbackend

Havalar isindi – Piknik zamanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piknik üçün səbət və ya minisoyuducu
Əldə yeyə biləcəyiniz sendviç, dolma, kotlet və ya börək

Ləzzətli bir içki

 Havalar isindi - Piknik zamanı

Daddı bir şokolad

 Havalar isindi - Piknik zamanı

Ləzzətli bir, iki çeşit pendir. yanında qaleta

 Havalar isindi - Piknik zamanı

Təzə meyvə və tərəvəzlər

 Havalar isindi - Piknik zamanı

 Havalar isindi - Piknik zamanı

Boşqablar
Çəngəl, bıçaq
Yer örtüsü, axşam üçünsə yüngülvari pled
Salfetlər(quru və nəm)
Çöp torbası
Buz
Top, badminton (volan), şahmat, nərd
Sevdiyiniz dostlar

Yanınıza almasaz daha yaxşı olar:
Telefon, noutbook, planşet və dünyadan xəbər verəcək bir şey

İndi isə gəlin damağımıza dad qatan toyuqlu sendviç hazırlayaq

 Havalar isindi - Piknik zamanı

2 parça toyuq budunu sümükdən ayırın, üzunsov doğrayın, üzərinə 1 x.q. qatıq, 1 ç.q. kəklikotu, 1 ç.q. pul bibər,
1 x.q. zeytun yağı, duz və istiot əlavə edib qarışdırın.
Tavaya 1 x.q. zeytun yağı töküb toyuq ətini qızardıb kənara qoyun.
Tavada eynı yağda 5 ədəd halqavarı doğranmış göbələyi qızardın.
Sendviç çörəyini ikiyə bölün, içini çıxardın.
İçərisinə 2 x.q. sarımsaqlı mayonez çəkin, üzərinə toyuq və göbələyi düzün, uzunsov doğranmış duzlu xiyar, kahı yaprağı qoyub, çörəyin digər hissəsi ilə bağlayın.

Piknikiniz ləziz olsun!

İnterpress.az