Adı sirkə olsa da dadı sirkədən çox fərqlənir. Sous kimi, salatlara əlavə, marinadlar üçün və başqacür istifadə olunur. Bugün balzamik sirkənin iki növü müəyyən edilir: tradizionale (ənənəvi) və condimento (dadverici). Tradizionale əsl balzamik sirkədir və ənənəvi reseptlərlə hazırlanır.
Ənənəvi balzamik sirkə hazırlamaq üçün ağ Trebbiano və ya Lambrusco üzümünün şirəsi bişirilərək qatılaşdırılır. Sonra bir növ şərab saxlandığı kimi ən azı 12 il saxlanılır. Belə balzamik sirkə işıldayan, qatı, tünd-qəhvəyi rəngli və turş-şirin olur. Saxlandığı çəlləyin hansı taxtadan olması da dadına təsir göstərir.
Evdə balzamik sirkənin hazırlanması:
2l üzüm sirkəsinə 1 st. qəhvəyi şəkər tozu əlavə edib odun üzərinə rəngi dəyişənə qədər qaynadılır.
İnterpress.az