Türk mətbəxindən – ispanaqlı qatıqlı  Cılbırbackend

Türk mətbəxindən – ispanaqlı qatıqlı Cılbır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qatıq üçün:
200 gr qatıq
2 diş sarımsaq
Duz
İspanaqlı içlik üçün:
1 kq ispanaq
3 x.q. kərə yağı
2 ədəd acı qırmızı bibər
Duz, istiot
Sous üçün:
2 x.q. kərə yağı
1 x.q. bibər pastası
50 qr basdıma
Yumurta üçün:
Su
4 ədəd yumurta
1 x.q. sirkə
1 ç.q. duz

Hazırlanması:
Qatıq mikserlə çrıpılır. Sarımsaq əzilib qatıqla qarışdırılır və 2 saat saxlanır.
İspanaq yuyulur və suda pörtlədilir, üzərinə xırda doğranmış bibər əlavə edilir, duz və istiot səpilib kərə yağında qovrulur.
Sousun hazırlanması:
Kərə yağı əridilir, üzərinə xırda doğranmı ət və bibər pastası əlavə edilib qovrulur.
Qazana su, sirkə və duz əlavə edilir. Qayanaya yaxın üzərinə ehtiyatla bir-bir yumurta qırılıb, bişirilir.
Boşqaba ilk öncə ispanaqlı içlik yayılır. Üzərinə sarımsaqlı qatıq tökülür.
Daha sonra ehtiyatla yumurtalar qoyulub, üzərindən ətli içlik yayılır.

İnterpress.az