Tərkib:
2 ədəd kartof
2 ovuc göy noxud
3 diş sarımsaq
1 ədəd acı bibər
70 qr basdırma ət
1 ədəd bibər
4 dilim holland pendiri
1 budaq rozmarin (qurudulmuş da ola bilər)
4x.q. zeytun yağı
4 ədəd yumurta
2 x.q. un
1/3 st.
Duz, istiot
Hazırlanması:
Kartofu kvadrat şəklində doğrayıb, yağda qızardın.
Üzərinə göy noxud, uzunsov doğranmış ət, xırda doğranmış sarımsaq və bibər əlavə edin. Rozmarini ovub üstünə səpin.
Ara-sıra tavada olan ərzaqları qarışdırın.
Son olaraq yumurta, un və südü bir kasada çırpın. Duz, istiot əlavə edin. Yumurta qarışığını tavada qovrular ərzaqların üzərinə yayın. Üstünə pendir dilimləri düzün. Tavanı 200 dərəcəlik sobaya yerləşdirib 5 dəq. bişirin.
İnterpress.az