Tərkib:
200 qr Berj balığı
100 qr kərə yağı
50 qr göbələk
1 ədəd pomidor
4 ədəd baş soğan
2 diş sarımsaq
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
20 qr soya sousu
Bir çimdik pul bibər
Bir çimdik kəklikotu
Hazırlanması:
Yağ əridilir. Soğan və sarımsaq xırda doğranıb yağda qovrulur.
Üzərinə iki yerə bölünmüş göbələk əlavə edilib qızardılır.
Qarışığa dördkünc doğranmış pomidor və bibər qatılıb qovrulur.
Qovrulmuş kütlənin üstünə kubvarı doğranmış balıq əlavə edilir, pul bibər səpilib bişirilir.
Hazır olana yaxın qovurmaya soya sousu tökülüb qarışdırılır.
Yeməyin üzərinə kəklikotu səpilib servis edilir.
İnterpress.az