Tərkib:
300 qr hinduşka filesi
1 ədəd hinduşka budu
½ ədəd alma
12 ədəd şabalıd
½ ədəd heyva
50 ml zeytun yağı
50 qr kərə yağı
10 ədəd qulançar
1 dəstə kahı
1 ədəd kök
100 qr hisə verilmiş pendir
10 ədəd xırda pomidor turşusu
Qırmızı qarağat
Duz, istiot
Hazırlanması:
Hinduşka filesi və budu strec arasında döyülüb, üzərinə duz, istiot səpilir.
Alma və heyva kubvarı doğranıb yağda qızardılır.
Üzərinə bişirilmiş şabalıd əlavə edilib qovrulur.
Qarışıq döyülmüş hinduşka ətinin üzərinə səpilib rulet şəklində bükülür.
Rulet sapla bağlanıb yağlanmış formaya yerləşdirilir.
180 dərəcəyədək qızdırılmış sobada 35-45 dəqiqə bişirilir.
Hazır rulet soyudulub dilimlənir.
Qulançar kərə yağında qovrulub soyudulur.
Boşqaba əllə parçalanmış kahı, sürtgəcdən keçirilimiş kök, qarağat, pomidor turşusu, pendir əlavə edilib üzərinə dilimlənmiş rulet yığılır.
İnterpress.az