Tərkib:
30 qr krevet
1 dilim çörək
100-150 qr göy noxud
1 ədəd baş soğan
1 x.q. kərə yağı
1 ç.q. zeytun yağı
500 ml toyuq bulyonu
4 yarpaq şüyüd
1 diş sarımsaq
1 ədəd yunan qabağı
Duz, istiot
Hazırlanması:
Tavaya zeytun yağı tökülüb qızdırılır.
Soğan və sarımsaq xırda doğranıb yağda qızardılır.
Üzərinə yaşıl noxud, xırda doğranmış şüyüd, bulyon əlavə edilir,duz və istiot səpilib 10-15 dəqiqə zəif odda bişirilir.
Hazır şorba blenderdən keçirilib süzgəcdən keçirilir.
Şorbaya kərə yağı əlavə olunub qarışdırılır.
Çörəyin üzərinə zeytun yağı çəkilib sobada qurudulur.
Krevetlər zeytun yağında qızardılır, üzərinə duz və istiot səpilir.
Yunan qabağı doğranıb zeytun yağında qızardılır.
Çörək yunan qabağının üzərinə yerləşdirilib boşqabın kənarına, krevetlər isə ortaya qoyulur.
Yeyilən zaman şorba krevetli boşqaba tökülür.
İnterpress.az