Bu sözləri “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun anası Xalidə Hüseynova oğlunun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə çıxarılan hökmlə bağlı danışarkən deyib.
X.Hüseynova məhkəmənin ədalətsiz qərar çıxardığını qeyd edib:
“Cavidin günahı sübuta yetirilmədi, tam haqsız, ədalətsiz məhkəmə keçirildi”.
Səbail rayon Məhkəməsində reportyor Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən, \”Qəbələ\” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Vəkil Adəm Məmmədov qərardan apelyasiya şikayəti verəcəyini açıqlayıb.
İnterpress.az