Moskvada dördüncü beynəlxalq aeroport istifadəyə verildibackend

Moskvada dördüncü beynəlxalq aeroport istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskva şəhərində dördüncü beynəlxalq aeroport istifadəyə verilib.

Rusiya KİV- nin yaydığı məlumatına görə, “Jukovski” adlanan aeroportun açılışında Rusiyanın baş naziri Dmitri Medvedev iştirak edib.

Baş nazirə məlumat verilib ki, yeni aeroport ildə 4 milyondan çox sərnişininə xidmət göstərə biləcək.

Xatırladaq ki, indiyədək Moskvada 3 aeroport – “Domodedevo”, “Şeremeytyevo” və “Vnukovo” aeroportları fəaliyyət göstərirdi.

İnterpress.az