Həbsxanada qulağını kəsib yeyən şəxs məhkəməyə çıxarıldıbackend

Həbsxanada qulağını kəsib yeyən şəxs məhkəməyə çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un məhkəmə prosesində iştirak edən əməkfaşl xəbər verir ki, proses hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilib.

Qeyd edək ki, H.Cəfərov narkotik vasitələrin qanunsuz satışında təaqsirləndirilir.

Məhkəmə prosesi təxirə salınıb. Buna səbəb isə məhkəməyə gətirilməli olan şahidlərin prosesə qatılmaması olub.

Hünər Cəfərov hər iki şahidin həbsdə olduğunu bildirib: \”Onlardan biri 16 saylıda, digəri isə Bakı istintaq təcridxanasındadır\”.

Hakim bildirib ki, şahidlərin məcburi gətirilmə qərarı qüvvədə saxlanılır və həmin şəxslərin yeri barədə polisə məlumat veriləcək və şahidlər məhkəməyə gətiriləcək.

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə həbsxanada yatmış Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib. H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib. H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub.

H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib. (musavat.com)

İnterpress.az