Dünya azərbaycanlıları yeni qurultaya dövrün tələbləri ilə toplaşırbackend

Dünya azərbaycanlıları yeni qurultaya dövrün tələbləri ilə toplaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Görünən odur ki, bir sıra işlər görülsə də, bəzi məsələlərdə daha çox çalışmaq lazımdır\”

İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının 4-cü Qurultayı keçirilicək. Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək.
Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.

Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumları, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.
Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra qurultay işini panel iclaslarla davam etdirəcək.

İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkiliflərini səsləndirəcək.

Dünya Azərbaycanlılarının IV Qurultayında prioritet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq. Bütün bunların fonunda, aprel döyüşləri, ölkənin ərazi bütövlüyünün bərpası, erməni təcavüzünə qarşı mübarizə və bununla bağlı digər məsələlər qarşıda hansı vəzifələr qoyur?

Sözügedən məsələ ilə bağlı fikirlərini \”Bakı-Xəbərlə bölüşən Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, bu mötəbər tədbirdən bütün dünya azərbaycanlılarının böyük gözləntisi olduğu üçün, bir sıra məsələlər müzakirə olunacaq:

\”Ötən qurultayda qoyulmuş məsələlərin nə dərəcədə yerinə yetirilməsi müzakirə olunacaq. Həmçinin, dünyada yaşayan azərbaycanlıların təşkilatlanması, birliyi və digər məsələlər müzakirə ediləcək. Çünki ötən qurultayda Prezident İlham Əliyev çox ciddi şəkildə diaspor, lobbiləşmə ilə bağlı mesajlar verib. O dövrdən keçən müddət ərzində diaspor işində təşkilatlanma ilə bağlı bir sıra işlər görülüb.

Dünya azərbaycanlıları yeni qurultaya dövrün tələbləri ilə toplaşır

Avropada, Rusiya Federasiyasında təşkilatlanma ilə bağlı məsələlər zaman-zaman gündəmə gəlib. Görünən odur ki, bir sıra işlər görülsə də, bəzi məsələlərdə daha çox çalışmaq lazımdır. Ancaq qarşıdakı qurultayda müzakirə olunan ən ciddi məsələ Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı olmalıdır.

Çünki bu çox vacib bir məsələdir. Təbii ki, son aprel döyüşləri və Azərbaycana qarşı Ermənistanın apardığı təcavüz, onun nəticələri bir nömrəli gündəm məsələsi olmalıdır. İstənilən bu kimi mötəbər tədbirdə ərazi bütövlüyünün bərpa olunmasında diasporun və dünyada yaşayan azərbaycanlıların görə biləcəyi işlər qarşıya məqsəd qoyulmalıdır. Ona görə də bütün soydaşlarımız beynəlxalq platformalarda Ermənistanın Azərbaycana təcavüzünü gündəmə gətirməlidir.

Çox güman ki, dünya azərbaycanlılarını narahat edən digər məsələlər də gündəliyə salınacaq\”.

İnterpress.az