Bu il Azərbaycanda keçriləcək “Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub. Bu haqda Təhsil Nazirliyindən İnterpress. az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Təhsil Nazirliyinin Elm , ali və orta ixtisas təhsili şöbəsi tərəfindən yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirak etmələrində hər hansı problemin yaranmaması üçün universitetlərdən yalnız iyunun 15-20 tarixlərinə imtahan təyin olunmaması xahiş olunub.
\”Digər günlərdə isə imtahanlar təyin olunduğu qaydada davam etdiriləcək.
Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.
Yalnız 5 gün olmayacaq. İmtahanlar olduğu kimi qalır. Sadəcə 15-20 iyun tarixləri arasında imtahan təyin olunmayacaq”.
İnterpress.az