O, 28 may Respublika günü ilə bağlı fikirlərini bölüşərkən “Rəsulzadə birinci, Elçibəy isə ikinci müstəqilliyin banisi deyil” deyə bildirib. Onun bu açıqlaması tənqid obyektinə belə tuş gəlib.
Eks-spiker tərəfindən səsləndirilən fikirlərə münasibət öyrənməyə çalışdıq.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu Rəsul Quliyevin fikirlərini belə cavablandırıb.
“Bu fikirlər nə reallığa uyğundur, nə də tarixi faktlara. Amma, deyərdim ki, Rəsul bəyin əhval-ruhiyyəsinə uyğun bir cavabdır.
Hətta, deyərdim ki, Rəsul Quliyevin Rəsulzadə və Elçibəy haqqında dediyi fikirlər tənqidə layiq deyil. Ola bilər ki, boş vaxtı çox olur və bu məsələlərə çox vaxt ayırır. Bu məsələlərlə bağlı heç vaxt fikrini dəyişmir. İllər öncə də belə fikirlər səsləndirib.
Bildiyiniz kimi, Azərbaycanla Amerika arasında vaxt fərqi var. Bizdə axşama doğru olanda Amerikada səhər açılır. Yəqin ki, Rəsul bəy zaman fərqini nəzərə alanda ya müxbir nəzərə almır, ya da əksinə baş verir. Bir az da Rəsul bəyin əhvalından asılı olur. Yəni Rəsul Quliyev suallara cavab verərkən əhvalı burada mühüm rol oynayır”
Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov isə səslənən fikirlərə cavab verməkdən imtina edib.
“Rəsul Quliyevin fikirlərinə münasibət bildirmək istəmirəm” (modern.az)
İnterpress.az