Parlament dövlət qulluğuna işə qəbuldan danışıdıbackend

Parlament dövlət qulluğuna işə qəbuldan danışıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafa dedi ki, bu gün yüzlərlə dövlət qulluğuna uğurla imtahan vermiş gənclərimiz var ki, onlar işsiz qalıb. Onun sözlərinə görə dövlət qulluğuna imtahandan və müsahibə mərhələsindən uğurla keçən xeyli kadrlar işlə təmin edilməyib və ehtiyat kadr kimi saxlanılır. Nazirliklərdəki vakant yerlərə isə müqavilə ilə və dolayı yollarla kənar şəxslər işə qəbul edilir. F.Mustafa təklif etdi ki, belə hüquqpozmalara görə məsuliyyət nəzərdə tutulmalıdır.

Spiker Oqtay Əsədov da bu kimi halları ciddi maliyyə pozuntusu kimi qiymətləndirdi və belə məsələlərlə bağlı ciddi tədbirlər görülməsini zəruri saydı.
Deputat Zahid Oruc da bu sahədəki problemlərə diqqət çəkdi: “Əgər dövlət qulluğuna imtahan verənlər kənarda qalırsa və müqavilə yolu ilə əlavə şəxslər işə qəbul edilirsə, bu, o deməkdir ki, biz yeni yaradılmış imtahan qurumuna elə səlahiyyətlər verməliyik ki, dövlətin kadrla təminatı mümkün olsun”. Z.Oruc qəbul komissiyasında deputatların da təmsil olunmasını zəruri saydı: “Bunun nəyi pisdir ki? Biz qəbul etdiyimiz qanunun icrasına nəzarət edərik”.

Deputat Nəsib Məhəməliyev də 5 nəfərdən ibarət komissiyada deputatların da təmsil olunması barədə təşəbbüsü müdafiə etdi.

Komitə sədri Əli Hüseynlinin sözlərinə görə isə dövlət qulluğuna imtahandan uğurla keçmək o demək deyil ki, həmin şəxs sınaq mərhələsindən keçmədən dövlət qulluğunda çalışmalıdır.

İnterpress.az