Türkiyə mətbuatının verdiyi xəbərə görə, o, İnstaqram hesabından prezident Rəcəb Tayyip Ərdoğanı baş nazir olduğu dövrdə təhqir etdiyi iddiası ilə ittiham olunub.
Modelin vəkili məhkəmədə onun dediyi ifadələrin siyasi olaraq qəbul edilməməsinin vacibliyini vurğulayıb. Lakin məhkəmə \”İctimai xadimə vəzifəsinə görə təhqir\” maddəsi ilə Merveni cəzalandırıb.
1 il 2 ay 17 günlük həbs cəzası verilsə də, qərarın icrası təxirə salınıb.
Qeyd edək ki, model sosial şəbəkədə \”Ustanın şiiri\” adlı paylaşmasına görə Türkiyə iqtidarı tərəfindən hədəfə alınmışdı.
İnterpress.az