Qəbələdə 14 yaşlı qızı polis əməkdaşı qaçırıbbackend

Qəbələdə 14 yaşlı qızı polis əməkdaşı qaçırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Tehran Musayev özü məlumat verib.

Onun sözlərinə görə, Qəbələ rayon Yenikenə kənd sakini, 14 yaşlı məktəbli qız həmin kəndin sahə müvəkkili, polis baş leytenantı Elçin Qəhrəmanov tərəfindən hədə-qorxu ilə maşına mindirilərək qaçırılıb. Evə qayıtmayan uşağın valideyinləri narahat olaraq qızlarının itməsi barədə 102 xidmətinə müraciət ediblər:

“Hadisədən iki gün sonra sahə müvəkkili Elçin Qəhrəmanov qızı Qəbələnin mərkəzində qoyub və qızı onunla könüllü getməsi haqqında izahat yazmağa məcbur edib. Sonradan valideynlərin polisə şikayət etmələrinə baxmayaraq, hadisə ilə bağlı nəinki tədbir görülməyib, əksinə qızı polis əməkdaşını şantaj etməkdə günahlandiriblar. Bu hadisənin böyük bir ssenari olduğunu da deyirlər. Belə ki, qızın və ailə üzvlərinin telefonlarına polis serjantları tərəfindən zənglər edilərək, görüşmək təklif edilib”.

Tehran Musayev həmçinin bildirib ki, hadisəni ictimailəşdirdiyinə görə ona qarşı da təziqlər edilir. O qeyd edib ki, qaçırılan qızın valideyinlərinin və qızın özünün icazəsi ilə onların evlərində videoreportaj hazırlayıb və sosial şəbəkələrdə yayıb, təziqlərə səbəb də məhz budur:

“Sosial şəbəkələrdə yayılmış görüntüləri sildirməyəcəyim təqdirdə qızın qohumları tərəfindən şərlənərək həbs olunacağımla bağlı təhdidlər alıram. Bunu edənlərin polis əməkdaşları olduğunu düşünürəm. Mən vətəndaş borcumu yerinə yetirmişəm, buna görə də peşman deyiləm. Azyaşlı uşağın başına bu oyunu gətirənlərin layiqli cəzalarını almaları üçün çəkib ictimailəşdirmişəm. Həmçinin bu məlumatı Konstitusiyanın 50-ci maddəsinə əsasən almışam , saxlamışam , paylaşmışam”.(cebheinfo)

İnterpress.az