Xaçmazda “Sabir poeziya günü”backend

Xaçmazda “Sabir poeziya günü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Molla Nəsrəddin” məktəbinin fəal üzvlərindən biri olan mütəfəkkir şair öz əsərlərində insanları mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırmışdır.

1962-ci ildən başlayaraq hər il may ayının 30-da “Sabir poeziya günü” keçirilir. M.Ə.Sabirin dəyərli irsinin təbliğinə imkan yaradan bu tədbirin keçirilməsini təmin etmək məqsədi ilə bu dəfə də, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə 30 may 2016-cıil tarixində Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Sabir poeziya günü” keçirilmişdir.

Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar Rzayev, AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca, AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid, xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin üzvü, ”Sabir poeziya günləri”nin məsul katibi Əjdər Ol, AYB-nin üzvü ədəbiyyatşünas, tənqidçi, filologiya elm­lə­ri doktoru Təyyar Salamoğlu, M.Ə.Sabirin nəvəsi İradə Tahirli, AYB-nin üzvü, şair, professor Paşa Qəlbinur, AYB-nin üzvü, şair Əhməd Qəşəmoğlu, tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, Respublikanın əməkdar artisti Ağalar Bayramov, AYB-nin Sumqayıt bölməsinin sədri Sabir Sarvan, AYB-nin Güney Azərbaycan bölməsinin rəhbəri, şair Sayman Aruz, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yusif Musayev, Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, RİHB-nin müavini–İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri İlhamə Nəzərova, rayon ictimaiyyətinin nümayəndələri və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssüratlar oyatdı.

Mədəniyyət Mərkəzində tədbiri ”Sabir poeziya günləri”nin məsul katibi Əjdər Ol açdı. Xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, Rəşad Məcid, İradə Tahirli, Paşa Qəlbinur, Əhməd Qəşəmoğlu, Rüstəm Kamal, Sabir Sarvan,Ağalar Bayramov, Sayman Aruz,Təyyar Salamoğlu çıxış edərək böyük Azərbaycan ədibi, satirik şair M.Ə.Sabirin həyat və yaradıcılığından danışdılar, peziya nümunələri səsləndirdilər.

RİHB-nin müavini –İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri İlhamə Nəzərova çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mədəniyyət siyasətinin uğurla davam etdirilməsinin qürurverici olduğunu bildirdi, rayonda mədəniyyət sahəsinə böyük maraqdan danışdı və tədbirin Xaçmazda keçirilməsinin rayon ictimaiyyəti üçün əlamətdar olduğunu bildirdi.

İnterpress.az