Turizmlə bağlı  beynəlxalq jurnalın II sayı nəşr olunubbackend

Turizmlə bağlı beynəlxalq jurnalın II sayı nəşr olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının II sayı çapdan çıxmışdır. Jurnala Azərbaycan Turizm və Menecment Universitetinin 31 may-01 iyun tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə keçirdiyi “Regional turizmin davamlı inkişaf prioritetləri” beynəlxalq elmi-praktiki konfransın materialları daxil edilib.

Jurnal Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, prof. Cəfər Cəfərovun konfransın plenar iclasında söylədiyi açılış nitqi ilə başlayır. Rektor öz çıxışında universitetin ali təhsil müəssisəsi olaraq fəaliyyət göstərdiyi 10 il müddətində turizmin davamlı inkişafı, turizmin inkişafına təsir edən amillərə həsr olunan, tədqiqatçıların fikir mübadiləsinə və araşdırma nəticələrinin paylaşılmasına şərait yaradan elmi simpozium və konfransların təşkil olunmasının artıq bir ənənəyə çevrildiyini və bu, konfransın da geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə bu sahədə aparılmış elmi tədqiqatların müsbət nəticələrinin öyrənilməsi, eləcə də ölkəmizdə və dünyada mövcud olan turizm regionlarının inkişafı və adı çəkilən sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün qurulması, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayır.

Jurnalda nəşr edilən 23 elmi məqalədən 17-si yerli, 6-sı isə xarici alimlərin elmi tədqiqatlarına həsr olunmuşdur.

Məqalələrdə turizm potensialının yüksəldilməsində investisiyaya təsir edən faktorlar analiz olunmuş, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin ekonometrik təhlili aparılmış, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq edilmişdir. Bundan başqa, Belarusiya, Qazağıstan, Özbəkistan, Gürcüstan və Ukranyadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmi, davamlı turizm və milli brendləşmədə onun təsirləri ilə bağlı araşdırma nəticələri öz əksini tapmışdır

Turizmlə bağlı  beynəlxalq jurnalın II sayı nəşr olunub

İnterpress.az