Xarici KİV-də yayılan məlumata görə, təşkilatın 167 ölkədə apardığı araşdırma zamanı planetimizdə 45 milyondan artıq qadının, kişini və uşağın qul vəziyyətində olduğunu ortaya qoyub.
Onların böyük əksəriyyətinin Asiya-Sakit okean regionundakı ölkələrdə olduğu və saylarının artdığı aydınlaşıb.
“Walk Free Foundation”un araşdırmasına görə, ən çox qul Hindistanda (18,35 milyon insan), quldarlığın ən geniş yayıldığı ölkə isə Şimali Koreya (4,37%) sayılır.
Hindistanla yanaşı Çin (3,39 milyon), Pakistan (2,13 milyon), Banqladeş (1,53 milyon) və Özbəkistan (1,23 milyon) da ən çox qulların yaşadığı ölkələr sayılır.
“Walk Free Foundation”un araşdırmasında Azərbaycan və ona qonşu ölkərin də adı qeyd eilib.
Statistikaya əsasən, Azərbaycan əhalisinin 0,467%-i yaxud 45 min nəfəri qul durumundadır.
Qonşu ölkələrdən Gürcüstanda bu göstərici 20,9 min, Ermənistanda 14,1 min, Türkiyədə 480,3 min, Rusiyada 1,048 milyon, İranda isə 495,3 min nəfər təşkil edir.
Müasir qul sistemi – yalan, məcburiyyət, ölüm qorxusu, yaxud fiziki zorakılıq səbəbindən olduğu yeri tərk edə bilməyən insanların istismar olunmasından ibarətdir.(modern)
İnterpress.az