10 iyun 2015-ci il tarixindən fəaliyyətə başlamış “BakuBus”MMC-nin Hava Limanı Express marşrut xətti 28 May Metrosundan Hava Limanı istiqamətinə və Hava Limanından 28 May Metrosu istiqamətində hərəkətini davam etdirir.
Bunu İnterpress.az-a \”BAKU MUS\” MMMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev deyib.
Express marşrut xətti Hökumət evi və Koroğlu metrosundakı dayanacaqlarında qısa müddətli fasilə etməklə 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir. Hava Limanı Express marşrutun hərəkət qrafikini nəzərinizə çatdırırıq:
1) 28 May Metrosundan Hava Limanı istiqamətinə saat 06:45-dən 19:15-ə qədər 30 dəqiqəlik intervalla, saat 19:15-dən 22:00-a qədər 40 dəqiqəlik intervalla, saat 22:00dan 06:00-a qədər 1 saatlıq intervalla hərəkət edir.
2) Hava Limanından 28 May Metrosu istiqamətinə 06:00-dan 19:00-a qədər 30 dəqiqəlik intervalla, saat 19:00-dan 21:00-a qədər 40 dəqiqəlik intervalla, 21:00dan 06:00-a qədər 1 saatlıq intervalla hərəkət edir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı 1-ci və 2-ci terminallarının önündən hərəkət edən Express marşrutun səfər müddəti 45 dəqiqə, gediş haqqı isə 1.30 azn təşkil edir.
Gülşanə Mustafayeva
İnterpress.az